Zarina Qurbanovanın atasına hökm oxundu
Dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctmai Birliyinin sdəri Şahid Qurbanova hökm oxunub.
Gundeminfo.az Qaynarinfo-ya istinadən, Yasmal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib. O, Qasımov Elxan Ələddin oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmə məqsədi ilə 10 min manat pulunu ələ keçirib.
Məmmədov İlham İslam oğlundan 9 min manat, Akifli Akif Rəhim oğlundan isə 14 min 900 manat alaraq, işə düzəldəcəyini və onları mənzillə təmin edəcəyini vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.
Şahid Qurbanov aktrisa Zarina Qurbanovanın atasıdır.
69 dəfə oxundu