Sabirabadda oliqarxların restoranları sökülür - Eksklüziv - Rəsmi

Sabirabadda oliqarxların restoranları sökülür -


Sabirabad rayonu ərazisində, Kür çayının sahilində yerləşən və oliqarxlara məxsus olan böyük restoran və şadlıq evləri sökülür. Bu barədə Gundeminfo.az-a daxil olan məlumatda deyilir ki, artıq məhkəmə qərarları da çıxarılıb. Belə ki, söküntü işlərinə ilk olaraq "Ana kür" restoranından başlanacaq. Məlumata əsasən restoran-şadlıq evinin söküntüsü ilə bağlı Sabirabad Rayon Məhkəməsində iddia qaldırılıb. İş məhkəmə icraatındadır.

Bundan başqa saytımıza daxil olan məlumata əsasən rayon ərazisində oliqarxlar tərəfindən zəbt edilmiş meşə torpaqlarının da geri alınmasına başlanılıb. Məlumata əsasən rayonun Cavad kəndi ərazisində meşə torpaqlarından əkin sahələri kimi istifadə edilməsi hallarının da qarşısı alınıb və ərazidə meşə zolağı salınıb.

Bununla bağlı olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətindən GUNDEMİNFO-ya bildirilib ki, 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə aid nöqsanlar aradan qaldırılır.

Belə ki, Sabirabad rayonunda yerləşən "Ana Kür" restoranı müqavilə olmadan fəaliyyət göstərdiyinə və eyni zamanda əsaslı tikililər inşa etdiyinə görə barəsində qanuna müvafiq tədbirlər görülməsi məqsədilə Sabirabad Rayon Məhkəməsində iddia qaldırılmış və hazırda iş məhkəmə icraatındadır.

Sabirabad rayonunun Cavad kəndi ərazisində kənd təsərrüfatı bitkilərinin əkildiyi meşə fondu ərazilərində 2024-cü ilin payız mövsümündən meşəbərpa tədbirləri aparılıb və 3,7 hektar ərazidə meşə əkin işləri başa çatdırılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin rəis müavini Mohuma Heraçiyev Gundeminfo.az-a bildirib ki, Sabirabad rayonu ərazisində Kür çayının sahilində, meşə fondu ərazilərində yerləşən 4 turizm- rekreasiya obyektində meşə qanunvericiliyinin pozulması halları aşkar edildiyinəgörə qanunamüvafiq tədbir görülməsi məqsədilə Sabirabad Rayon Məhkəməsində iddia qaldırılmışdır. Bir obyekt barədə iddia təmin edilmiş, qanunsuz fəaliyyət göstərmiş bir obyekt sökülmüş və digərləri isə məhkəmə icraatındadır.

Sabirabadda oliqarxların restoranları sökülür -
Sabirabadda oliqarxların restoranları sökülür -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...