PKK gələn ay özünü buraxmaq üçün qurultay keçirəcək

PKK gələn ay özünü buraxmaq üçün qurultay keçirəcək
PKK terror təşkilatının təşkilatın lideri Abdullah Öcalanın çağırışından sonra özünü buraxmaq üçün qurultay keçirəcəyi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.
Məlumata görə, qurultayın apreldə keçiriləcəyi ehtimal edilir.
Belə ki, aparılan danışıqlardan sonra keçən həftə İmralıdan tarixi çağırış gəlib. Təşkilatın cavabı isə bu çağırışa əməl etmək olub.
Təşkilat bunun üçün qurultay keçirəcəyini və təşkilatı buraxacağını açıqlayıb.
Təşkilat həmçinin qurultaya Öcalanın rəhbərlik etməsini istəyib. Bu baxımdan Öcalanın da qurultayda iştirak edəcəyi istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
75 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...