Yaşar Qafanlı: "Balaəli özünə pullu sponsor axtarır"

Yaşar Qafanlı: "Balaəli özünə pullu sponsor axtarır"

Meyxanaçı Yaşar Qafanlı həmkarı Balaəli Rzayevin ona 300 manat borcu olduğunu bildirib. O, qeyd edib ki, Balaəliyə verdiyi 300 manatı dəfələrlə istəsə də, həmkarı borcunu qaytarmaq istəmir.

Maraqlıdır ki, 350 min manat dəyərində "Mercedes G 63 AMG" model lüks avtomobildə gəzən meyxanaçı 300 manatı niyə qaytara bilmir?

Məsələyə Balaəli Rzayevin münasibətini öyrənmək istədik, amma zənglərimizə cavab vermədi.

Meyxanaçı Yaşar Qafanlı isə Qaynarinfo-ya açıqlamasında borc söhbətinin bir zarafat olduğunu dedi:

"Balaəli mənim balaca qardaşımdır. Nə borc? O, mənim ürəyimdir. Onun mənə borcu olub-olmadığının kimə nə dəxli var? Məni əsəbləşdirməyin, qoyun oturmuşam da. Biz zarafat edə bilmərik? Maştağalı bir meyxanaçı var, bütün günü deyir ki, Yaşar Qafanlı meyxana deyə bilmir. Onu tapın, deyin ki, niyə Yaşarın ünvanına belə bir söz deyirsən? Onu heç tanımıram, amma bütün günü ağzına gələni deyir. Məgər Balaəlinin 300 manatı yoxdur? O, bu gün bütün meyxanaçıların şahıdır. Amma Balaəli özünə yaxşı, pullu sponsor axtarır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...