"Şəhidlər" məscidinin imamına qarşı "iPhone" dələduzluğu

"Şəhidlər" məscidinin imamına qarşı "iPhone" dələduzluğu
"Şəhidlər" məscidinin imamı Şaiq Əliyev dələduzluqla üzləşib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onu əvvəldən tanıdığı Fəqan Əhmədov adlı şəxs aldadıb.

Fəqan Əhmədov Şaiq Əliyevlə "Şəhidlər" məscidində tanış olub. O, Şaiq Əliyevlə qonşuluqda yaşadığını, bir din xadimi kimi ona böyük hörməti olduğunu deyərək etibarını qazanıb. Özünü Şaiq Əliyevə müsahib kimi təqdim edən Fəqan Əhmədov din xadiminin "iPhone 15" markalı telefonunda problem olduğunu bilib. Bu barədə ona Şaiq Əliyevin özü bildirib. Fəqan Əhmədov din xadiminə narahat olmamağı, telefonu yenisi ilə dəyişəməkdə ona yardımçı olacağını deyib.

O, barter üçün 180 manat pul lazım olduğunu əlavə edib. Şaiq Əliyev telefonu və pulu Fəqan Əhmədova verib. Lakin ikinci verdiyi vədi yerinə yetirməyib və bununla da Şaiq Əliyevə 2000 manata yaxın ziyan vurub.

Fəqan Əhmədov başqa bir tanışına da Çindən diş üçün nəzərdə tutulmuş implantlar gətirəcəyini deyərək ondan hissə-hissə 22 500 manat alıb.
Barəsində hüquq-mühafizə orqanlarına şikayətdən sonra o saxlanılıb. Daha sonra Fəqan Əhmədova Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb.

Məhkəmənin hökmü ilə Fəqan Əhmədova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə olduğu 7 ay 25 müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...