Un neçəyədir? - Topdansatış qiymətlər

Un neçəyədir? -
Avqustun 18-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27 manat civarında dəyişib.

Gundeminfo.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...