“Bu məsələni yalnız Putinlə müzakirə edəcəyik”

“Bu məsələni yalnız Putinlə müzakirə edəcəyik”
“Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ ilə üçtərəfli görüş istəyib”.

“Qafqazinfo” RKB-ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Kiyev növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək.

“ABŞ Rusiya tərəfi ilə əlaqə saxladı və onlar hansı diplomatik addımların atıla biləcəyini müzakirə etdilər. Rusiya isə əvvəlcə Ukrayna ilə arasında ikitərəfli, sonra üçtərəfli görüş təklif etdi. Bəli, dediyim kimi, biz liderlər səviyyəsində istənilən formata hazırıq. Ona görə də təsdiqlədim və bütün Avropa liderləri məni dəstəklədilər ki, biz ikitərəfli görüşə hazırıq”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, ərazi məsələsi yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...