Yeni təyin olunan səfir bu deputatın qohumudur

Yeni təyin olunan səfir bu deputatın qohumudur
Slovakiyanın Azərbaycana təyin etdiyi yeni səfir artıq ölkəmizdə fəaliyyətə başlayıb.

Gundeminfo.az-ın məlumatına görə, yeni təyin olunan səfir Elçin Qasımovun etimadnaməsini ötən gün Prezident İlham Əliyevə təqdim edib.

Qeyd edək ki, Slovakiyanın yeni səfiri əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.

Diplomatik fəaliyyətə başlamazdan əvvəl Slovakiya Respublikasının Parlamentinin sədrinin müşaviri vəzifəsində çalışıb. "Unikal" bildirir ki, yeni səfir Milli Məclisin deputatı Mircəlil Qasımlının əmisi oğludur.

O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub. E.Qasımovun atası professor Cəlal Qasımov Azərbaycanın Slovakiyadakı fəxri konsuludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...