Çayla üzüb Azərbaycana keçdi - Həbs edildi

Çayla üzüb Azərbaycana keçdi -
Çayla üzüb Azərbaycana keçən İraq vətəndaşına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə İraqın Ərbil şəhərində anadan olmuş Aqeel Hamadın (şərti) Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Aqeel Hamad Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Astara rayonu, Zəngüləş kəndində yerləşən 13-cü sərhəd zastavasının 6-cı sahəsindən piyada hərəkət etməklə, İrandan Azərbaycana qanunsuz olaraq keçib və həmin gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İraq vətəndaşı əvvəlcə işləmək üçün İrana gedib. Orada pul qazana bilmədiyindən Azərbaycana keçmək qərarına gəlib. Lakin quru sərhədlərinin bağlı olması, pasportunu itirməsi səbəbindən "Google Maps" tətbiqindən istifadə etməklə Astara çayını keçərək, Azərbaycana qeyri-qanuni yolla daxil olub.

Züngüləş kəndi ərazisində asvalt yola doğru hərəkət edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə o Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib və bir il azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...