Bakı məktəblərində dərslik çatışmazlığı - KİM HAQLIDIR?

Bakı məktəblərində dərslik çatışmazlığı - Yeni tədris ilinin başlamasından bir aydan çox vaxt keçməsinə baxmayaraq, Bakıdakı bəzi məktəblərin şagirdlərinə kitablar tam verilməyib. Bu da məktəblilərin və onların valideynlərinin narazılığına səbəb olub. Onların sözlərinə görə, bir sıra siniflərdə dərsliklər ya çatışmır, ya da ümumiyyətlə verilməyib. Bu isə dərs prosesində çətinliklər yaradır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-2026-cı tədris ili üçün ümumi təhsil məktəbləri tələbata uyğun olaraq dərslik komplektləri ilə təmin edilib.

Qurumdan həmçinin vurğulanıb ki, hər hansı səbəbdən əlavə dərslik ehtiyacı yaranarsa, bununla bağlı müvafiq qaydalara uyğun olaraq operativ tədbirlər görülür. Marqarita pizza

Rəsmi açıqlamada dərslik çatışmazlığının olmadığı bildirilsə də, paytaxtın bəzi məktəblərindən fərqli mənzərə görünür. Məsələn, 265 nömrəli məktəbin bir neçə sinfində şagirdlər hələ də bəzi fənn kitablarının verilməməsindən əziyyət çəkirlər. Oxşar vəziyyət digər məktəblərdə də müşahidə olunur. Valideynlər deyirlər ki, problemə cavabdeh qurumlar məsələni inkar etməklə deyil, operativ şəkildə həll etməklə məşğul olmalıdırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...