ABŞ-yə “Green Card”la giriş dayandırılır

ABŞ-yə “Green Card”la giriş dayandırılırABŞ “Green Card” lotereyasını müvəqqəti olaraq dayandırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir buna səbəb kimi Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Manuel Nevesin 2017-ci ildə ölkəyə məhz bu proqram vasitəsilə gəlməsini göstərib.

Xatırladaq ki, dekabrın 14-də ABŞ-nin Rod-Aylend ştatındakı Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
20 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...