32 ildir yüksək vəzifədə olan xanım.
1xeber.media xəbər verir ki, Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinin məzunudur. Texnika elmləri namizədidir.
Məleykə Abbaszadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib, 1995-ci ilin yanvar-iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək sədr vəzifəsini müvəqqəti icra edib. 2000-ci ilin oktyabr ayında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 12 aprel 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə isə İdarə Heyətinin sədri təyin edilib.
İki övlad anasıdır. Qızı Nərgiz Abbaszadə 2020-ci ilin iyulunda ürəktutmadan vəfat edib.
metbuat.az
6 dəfə oxundu












