“Bəzi bələdiyyə sədrləri iclasları formal keçirir”
Musavat.com-un xəbərinə görə, o deyib ki, böyük şəhər bələdiyyəsinin qurulması kimi məsələlərə xüsusi yanaşmanın zamanı gəlib çatıb:
“Bu, yerliözünüidarəetmə sistemindəki fəaliyyətimizə müsbət təsir göstərər”.
elman.jpg (79 KB)
Elman Nəsirov qeyd edib ki, əvvəllər bələdiyyə vergisi yığımı mümkünsüz hala çevrilmişdi:
“Söyləyirdilər ki, bunu necə etmək olar? İnsan bələdiyyələrin inkişafında maraqlıdırsa, bu qurumun fəaliyyətindən narazılıq edirsə, üzərinə düşən missiya bələdiyyənin vergisini ödəməkdir. Bunun qarşılığında tələblərini qoya bilirsən, bu prosesdə şəffaflığı tələb edirsən”.
Deputat bildirib ki, bəzi bələdiyyə sədrləri iclasları formal keçirir.
İclasda iştirak edən ədliyyə nazirinin müavini Toğrul Hüseynov deputatların fikirlərinə reaksiyasında bəzi bələdiyyələrin iclaslarının formal olaraq keçirildiyinə də toxunub. Bildirib ki, barəsində tənbeh tədbirləri görülən bələdiyyələrlə bağlı bu fakt da aşkarlanıb.
2 dəfə oxundu












