Vüqar Qurbanovdan ilk - Açıqlama

Vüqar Qurbanovdan ilk - “Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

Bu fikirləri “Qafqazinfo”ya Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib.

“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - V.Qurbanov qeyd edib.

Xatırladaq ki, V.Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in sədri vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...