Bir nazirlikdən digərinə vəzifəyə getdi

Bir nazirlikdən digərinə vəzifəyə getdiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

Gundem.info.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mahmud Abdullayev qurumun Əmək siyasəti şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, M.Abdullayev Naxçıvanda doğulub. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasını bitirib.

Əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyində və Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...