Atam bizim üçün bunu qoyub getdi - Günay Ağamalı

Atam bizim üçün bunu qoyub getdi - Millət vəkili Günay Ağamalı mərhum atası Fəzail Ağamalının vəfatı ilə bağlı ona başsağlığı verən hər kəsə təşəkkür edib.

Deputat sosial şəbəkə hesabında paylaşdığı statusda atasının itkisinin ailəsi üçün böyük sarsıntı olduğunu bildirib:

“Atam, ömrünü dövlətimizə, millətimizə və ideallarına həsr etmiş Fəzail Ağamalının vəfatı ailəmiz üçün çox ağır itkidir. Acı xəbəri eşidən andan yanımızda olan, başsağlığı verən, dərdimizə şərik olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Günay Ağamalı qeyd edib ki, bu çətin günlərdə göstərilən diqqət və ehtiram ailələri üçün böyük təsəlli olub:

“Qapımızı döyən, zəng edən, mesaj yazan, dualarında adımızı çəkən hər kəsin diqqəti bizim üçün dəyərlidir. Dövlət və ictimaiyyət nümayəndələrinin, həmkarlarımın, dostlarımızın, tanıyan və tanımayan insanların göstərdiyi ehtiram Fəzail müəllimin ömür yolu və prinsiplərinə verilən qiymətin göstəricisidir”.

Millət vəkili vida və yas mərasimlərində iştirak edən, kədəri bölüşən hər kəsə minnətdarlığını ifadə edərək bildirib ki, atasının xatirəsi onlar üçün həm ailə dəyəri, həm də həyat məktəbidir:

“Atam bizim üçün əqidə və mövqe qoyub getdi. Onunla bağlı söylənilən xoş sözlər, yazılan xatirələr bizim üçün ən böyük təsəllidir”.

Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı F.Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.
konkret.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...