Ramiz Mehdiyev YAP-dan çıxarılacaq

Ramiz Mehdiyev YAP-dan çıxarılacaq“Vətənə və dövlətə xəyanət etmiş şəxslər Yeni Azərbaycan Partiyasının sıralarında qala bilməz. Partiya üzvlərinin üzvlükdən xaric edilməsi Nizamnaməyə görə icra olunmalıdır. Bunun üçün YAP İdarə Heyətinin iclası çağırılmalı və bu məsələ müzkirə edilərək qərar qəbul olunmalıdır”.

Bu sözləri Pravda.az-a Yeni Azərbaycan Partiyasının İdarə Həyətinin üzvü, deputat Azər Badamov deyib.

Azər Badamov: “Azərbaycanın Rusiya əleyhinə səs verməməsi Rusiya və Ukrayna ilə yüksək səviyyəli münasibətlərinin olması ilə bağlıdır” Pravda.az

Onun sözlərinə görə, Ramiz Mehdiyevin dövlətə xəyanət əməlləri ifşa olunub: “Hesab edirəm ki, yaxın zamanlarda onun Partiyamızın sırlarından xaric olunması məsələsinə baxıla bilər. Belə ağır cinayət törətmiş vətən xainləri nəinki partiya sıralarından xaric olunmalı, həm də məhkəmə qaydasında törədilmiş cinayət əməllərinə hüquqi qiymət verilməli və layiqli cəzasını almalıdırlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...