Saleh Məmmədov getdi, amma onlar qaldı ...
İddialara görə, Saleh Məmmədovun vəzifədən getməsindən sonra sözügedən şəxslər tərəfindən bəzi sənədlərin, o cümlədən arxiv materiallarının dəyişdirilməsi və ya saxtalaşdırılması istiqamətində addımlar atılıb. Bu prosesdə “Rza” adlı şəxsin xüsusi rol oynadığı iddia olunur.
Daha bir diqqətçəkən iddia isə idarə əməkdaşlarının, xüsusilə ustaların, Binə qəsəbəsində yerləşdiyi bildirilən torpaq sahələrində və şəxsi obyektlərdə işlədilməsidir. Məlumata görə, bəzi əməkdaşlar bununla bağlı narazılıq etdikdə müxtəlif təzyiqlərlə, o cümlədən işdən çıxarılma hədələri ilə üzləşiblər. Əgər bu faktlar təsdiqini taparsa, bu, əmək qanunvericiliyinin və etik normaların ciddi pozuntusu kimi qiymətləndirilə bilər.
Mediatv.az xəbər verir ki, dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumlarda əmək resurslarının şəxsi məqsədlər üçün istifadə olunması həm qanunvericiliyə, həm də dövlət idarəçiliyi prinsiplərinə ziddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik belə hallara yol verilməsini qadağan edir.
Məsələnin digər tərəfi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yeni rəhbəri Vüsal Nəsirlinin bu iddialara münasibətinin necə olacağıdır. Yeni rəhbərlik tərəfindən qurumun tabeliyində olan müəssisələrdə şəffaflığın və intizamın gücləndirilməsi istiqamətində real addımlar atılacaqmı,yoxsa “köhnə komandanın kölgəsi” davam edəcək ? Səsləndirilən ittihamlar araşdırılacaqmı?
Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Şəffaflıq və hesabatlılıq dövlət idarəçiliyinin əsas prinsipləridir.
Mediatv.az
3 dəfə oxundu










