Rusiya Latviyadan hücum gözləyir

Rusiya Latviyadan hücum gözləyirUkrayna Rusiyadakı hədəflərə qarşı dronlar atmaq üçün Latviya ərazisindən istifadə etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb."

Rusiya kəşfiyyatının iddiasına görə Kiyev Riqanı belə bir əməliyyata razı salmağa inandırıb.

İddia olunur ki, Ukrayna pilotsuz uçuş aparatı (PUA) qüvvələri artıq Latviyaya yerləşdirilib.

Moskva həmçinin xəbərdarlıq edib ki, müasir kəşfiyyat imkanları dronların buraxılış nöqtələrini müəyyən etməyə imkan verir. Bəyanatda həmçinin Latviyadakı "qərar qəbuletmə mərkəzləri"nə təhdid də yer alıb: XKX ölkənin NATO üzvlüyünün Rusiyanın hücumlara əlbir hesab etdiyi şəxsləri qorumayacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...