İranda qızıl mədəninə hücum: texnika yandırıldı

İranda qızıl mədəninə hücum: İranın Kürdüstan əyalətinin Saqqız bölgəsində yerləşən “Mirgə Nəqşine” qızıl mədəninə hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, dünən axşam saatlarında beş naməlum şəxs mədən ərazisinə daxil olaraq əvvəlcə iki mühafizəçini döyüb, daha sonra isə avadanlıqları yandırıb.

Saqqız şəhərinin başçısı təsdiqləyib ki, yanğın nəticəsində iki ekskavator, bir qreyder və beş konteyner tamamilə yanaraq yararsız hala düşüb. Hücum edən şəxslər hadisədən sonra ərazidən qaçıblar.

Şəhər meri hadisənin “terror aktı” olması ehtimalını rədd edib və təhlükəsizlik qurumlarının araşdırma apardığını bildirib

Bəzi media orqanları hücumda PJAK-ı ittiham etsə də, bu, rəsmi şəkildə təsdiqlənməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...