Naftalanın yeni icra başçısı kimdir? – Dosye

Naftalanın yeni icra başçısı kimdir? – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeniavaz.com yeni icra başçısnın dosyesini təqdim edir.

Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2005-2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) beynəlxalq hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.
2009-2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb. 2015-2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layıq görülüb. 2025-ci ildə ABŞ-ın Harvard Universitetinin dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursunu bitirib.
2013-2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində - baş məsləhətçi, sektor müdiri vəzifələrində işləyib.
Əmək fəaliyyəti dövründə bir çox yerli və xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin iştirakçısı və təşkilatçısı olub, o cümlədən 2024-cü ildə Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) göstərdiyi fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Evlidir, iki övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...