Son 5 ayda nazirliklə 637 min manatlıq satınalma müqaviləsi imzalayan Surxay Qarayev kimdir? - ARAŞDIRMA
Yeniavaz.com xəbər verir ki, nazirlik qalib şirkətdən “Yol: Dövlət, Ənənə və Transformasiya” layihəsinin həyata keçirilməsi xidmətlərini satın alacaq və qarşılığında 109 min 960 manat 66 qəpik ödəyəcək.
Qeyd edək ki, bu ilin may ayından sonra “Tadbirchi Event Organizer Group” MMC Gənclər və İdman Nazirliyinin keçirdiyi daha 4 tender müsabiqəsində qalib olub. MMC-nin qalib olduğu müsabiqələrin ümumi dəyəri 636 min 999 manat 64 qəpik olub.
2024-cü ilin mart ayında vergi qeydiyyatına alınan MMC başqa heç bir dövlət qurumunun tender müsabiqəsində qalib olmayıb.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Heydər Əliyev prospekti, ev 115, m. 178B-də yerləşən “Tadbirchi Event Organizer Group” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Ötən ilin may ayından etibarən MMC-yə Qarayev Surxay İlqar oğlu rəhbərlik edir. Qarayev Surxay İlqar oğlu eyni zamanda gimnastika üzrə hakimdir.
Onu da qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov da daha əvvəl Azərbaycan Gimnastika Federasiyasının baş katibi olub. Son 5 ayda Gənclər və İdman Nazirliyi ilə 637 min manatlıq satınalma müqaviləsi imzalayan “Tadbirchi Event Organizer Group” MMC-nin rəhbəri Surxay Qarayev daha əvvəl sosial şəbəkə hesabında Fərid Qayıbov ilə çəkilən foto da paylaşıb.
9 dəfə oxundu










