Ukrayna kəşfiyyatı Krımda Rusiya hərbi obyektlərini məhv edib

Ukrayna kəşfiyyatı Krımda Rusiya hərbi obyektlərini məhv edibUkrayna ordusu Krımda Rusiya qüvvələrinin hərbi infrastrukturuna zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar çərçivəsində Şimali Krım kanalından keçən dəmir yolu körpüsü, L-39 “Albatros” təlim-döyüş təyyarəsi, BK-10, BK-16 və “Manqust” katerləri məhv edilib.

Məlumata görə, həmçinin “Nebo-U”, “Kasta-2E” radiolokasiya stansiyaları və P-18 “Terek” radiolokasiya sisteminin komanda məntəqəsi, eləcə də rabitə, radioelektron mübarizə (REM), radioelektron kəşfiyyat (REK) sistemləri və MESH-retranslyatorlarının yerləşdiyi 9 qüllə vurulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...