Prezidentdən xəbərsiz görüşə getdi - İşdən çıxarıldı

Prezidentdən xəbərsiz görüşə getdi - Kosta-Rikada xarici işlər naziri Manuel Tovarın Prezident Laura Fernandesə əvvəlcədən məlumat vermədən ABŞ-yə səfər etməsi siyasi böhrana səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Tovar Vaşinqtonda Ağ Evdə ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.

O, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi görüşdə yer alıb. Səfər və Trampın iştirak etdiyi görüş barədə prezidentə əvvəlcədən məlumat verilmədiyi bildirilib.

Hadisədən xəbər tutan Kosta-Rika Prezidenti Laura Fernandes Manuel Tovarı xarici işlər naziri vəzifəsindən azad edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...