Universitetlər ilin sonuna qədər distant təhsilə keçir? – NAZİRLİKDƏN VACİB AÇIQLAMA
Bəs mövcud nəqliyyat vəziyyətini nəzərə alaraq, tələbələrin ilin sonuna qədər distant təhsilə keçirilməsi nə dərəcədə əsaslandırılmış addım ola bilər?
"Yeni Sabah"ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, 23–25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi distant formada təşkil olunacaq. Nazirlikdən əlavə bildirilib ki, hazırda ali təhsil müəssisələrində tədrisin distant və ya hibrid formada təşkili ilə bağlı əlavə qərar qəbul edilməyib. Məsələ ilə bağlı əlavə qərar və ya məlumat olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək.
6 dəfə oxundu










