SIPRI dünyada ən çox hərbi dron idxal edən ölkələri açıqladı – Azərbaycan 5-ci sırada
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında yer alıb.
Bildirilir ki, bu dronların 8 664 ədədi, yəni qlobal dron idxalının 51,5 faizi Ukraynaya, 6 720 ədədi və ya 39,9 faizi isə Rusiyaya aid olub.
Beləliklə, iki ölkənin idxalı birlikdə qlobal göstəricinin 90 faizindən çoxunu təşkil edib. Digər ölkələr üzrə göstəricilər isə kəskin şəkildə aşağı düşüb. Ukrayna xaricdən aldığı dronların əsas hissəsini ABŞ istehsalı olan sistemlər hesabına əldə edib. Rusiyanın qeydə alınmış dron idxalı isə İranla əlaqələndirilir.
Siyahıda Azərbaycan 154 hərbi dronla 5-ci yerdədir. Bu, qlobal ümumi idxalın 0,9 faizinə bərabərdir.
Məlumatda qeyd olunur ki, SIPRI bütün növ dronları hesabatına daxil etmir. Təşkilat əsasən ən azı 150 kiloqram ağırlığında yüklə təchiz edilmiş hərbi pilotsuz uçuş aparatlarını, eləcə də birtərəfli hücum dronları və uçan sursat kimi təsnif edilən sistemləri izləyir. Kiçik FPV dronlar və kommersiya məqsədli dronlar bu statistikaya daxil deyil.
Məlumatlara görə, 2022–2025-ci illərdə qeydə alınan dron idxalının 97 faizi uzunmənzilli birtərəfli hücum dronlarının payına düşüb.
SIPRI-nin statistikası həmçinin göstərir ki, müharibələrdə istifadə olunan kiçik və ucuz dronların sayı daha yüksək ola bilər. Məsələn, Böyük Britaniya 2025-ci ilin ilk altı ayında Ukraynaya 85 mindən çox kiçik hərbi dron göndərdiyini açıqlayıb. Bu göstərici SIPRI-nin dörd illik dövr ərzində bütün dünya üzrə qeydə aldığı hərbi dron idxalından təxminən beş dəfə çoxdur.
2022–2025-ci illərdə ən çox hərbi dron idxal edən ölkələr aşağıdakı kimi olub:
Ukrayna – 8 664 ədəd (51,5%)
Rusiya – 6 720 ədəd (39,9%)
Tayvan – 291 ədəd (1,7%)
Cənubi Koreya – 190 ədəd (1,1%)
Azərbaycan – 154 ədəd (0,9%)
Hindistan – 119 ədəd (0,7%)
Gürcüstan – 100 ədəd (0,6%)
Albaniya – 56 ədəd (0,3%)
Macarıstan – 50 ədəd (0,3%)
Litva – 50 ədəd (0,3%)
Pakistan – 33 ədəd (0,2%)
Konqo – 29 ədəd (0,2%)
Polşa – 26 ədəd (0,2%)
BƏƏ – 22 ədəd (0,1%)
Belarus – 20 ədəd (0,1%)
Küveyt – 18 ədəd (0,1%)
Rumıniya – 18 ədəd (0,1%)
Böyük Britaniya – 18 ədəd (0,1%)
Sudan – 17 ədəd (0,1%)
Mali – 15 ədəd (0,1%)
Burkina Faso – 10 ədəd (0,1%)
Mərakeş – 10 ədəd (0,1%)
Serbiya – 10 ədəd (0,1%)
Banqladeş – 9 ədəd (0,1%)
Qırğızıstan – 8 ədəd (<0,1%)
Niger – 7 ədəd (<0,1%)
Nigeriya – 7 ədəd (<0,1%)
Tayland – 7 ədəd (<0,1%)
Əlcəzair – 6 ədəd (<0,1%)
Xorvatiya – 6 ədəd (<0,1%)
Keniya – 6 ədəd (<0,1%)
İsveçrə – 6 ədəd (<0,1%)
Tacikistan – 6 ədəd (<0,1%)
Kosovo – 5 ədəd (<0,1%)
Səudiyyə Ərəbistanı – 5 ədəd (<0,1%)
Digər ölkələr – 104 ədəd (0,6%)
Qlobal idxal (cəmi) – 16 822 ədəd (100%)
8 dəfə oxundu











