Daşınmaz əmlak agentliyi vətəndaşa 1000 manat “atdı” - FOTOFAKT

Daşınmaz əmlak agentliyi vətəndaşa 1000 manat “atdı” -  Sosial şəbəkələrdə edilən paylaşıma görə, özünü Elşad (bəzi mənbələrdə Natiq) kimi təqdim edən və “TikTok” hesabı idarə edən şəxs barəsində dələduzluq iddiası irəli sürülüb.

“Yeni Sabah” xəbər verir ki, zərərçəkən vətəndaşın bildirdiyinə görə, sözügedən şəxs mart ayında icarəyə vermək adı ilə iki obyekt göstərib, əldə olunan razılaşmaya əsasən 1000 AZN məbləğində nağd pul alıb. Obyektlərin 10 gün ərzində təhvil veriləcəyi vəd edilsə də, müxtəlif bəhanələrlə nə obyektlər təhvil verilib, nə də alınan pul geri qaytarılıb.

Yaranan mübahisədən sonra qarşı tərəfin pulu danaraq vətəndaşın əlaqə nömrələrini blokladığı və 3 aydır əlaqəyə çıxmadığı qeyd olunur. Şikayətçi şəxs əlindəki Votsapp yazışmaları, ekran görüntüləri və digər sübutlarla birlikdə məsələni məhkəmə müstəvisinə çıxaracağını bildirib. Həmçinin "Getcontact" tətbiqində də həmin nömrə haqqında analoji şikayətlərin olduğu və aldadılan başqa şəxslərin də ola biləcəyi diqqətə çatdırılıb. Pepperoni pizza


Daşınmaz əmlak agentliyi vətəndaşa 1000 manat “atdı” -
Daşınmaz əmlak agentliyi vətəndaşa 1000 manat “atdı” -


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...