Ukraynda həlak olan azərbaycanlının vətənə gətirilməsi üçün iş aparılır - XİN

Ukraynda həlak olan azərbaycanlının vətənə gətirilməsi üçün iş aparılır -Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində müvafiq konsulluq yardımı göstərilir.

"GUNDEMİNFO" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O, bildirib ki, Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub. Dördpendirli pizza

"Həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə o əlavə edib.

Xatırlatma: Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabındakı paylaşımında Kiyevə hücum nəticəsində bir Azərbaycan vətəndaşının həlak olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya bütün gecə və səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirib. Xarkovda çoxmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində ikinci və dördüncü mərtəbələr qismən dağılıb. 28 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...