Vidadi İsayevin "ucuz işçiləri" - videolar

Vidadi İsayevin "ucuz işçiləri" -
Bərdənin icra başçısı Vidadi İsayevin "JEK" işçilərini öz obyektində işlətməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb. Anaxeber.info məlumat verir ki, icra başçısına aid obyektin təmizlənməsini, silib - süpürülməsini dövlət idarəsinin işçiləri həyata keçirirlər. Bu da ciddi qanun pozuntusudur.



Çünki dövlət idarəsinin işçilərinin əməyini heç kim öz şəxsi iaşə obyektində istismar edə bilməz. Lakin icra başçısı Vidadi İsayev vəzifə səlahiyyətindən sui-istifadə edərək "JEK" işçilərini özünün kommersiya obyektlərində qul əvəzinə işlətməkdədir. Sosial şəbəkələrdə yayılan görüntülərdən də məlum olur ki, onlar rəhbərlikdən verilən əmri yerinə yetirirlər. Halbuki idarə işçilərinin öz funksiyası var və hansı ərazilərdə xidmət göstərməli olduqları qeyd edilir. Ancaq Vidadi İsayevi hər hansı qayda-qanun maraqlandırmır deyə özünü Bərdənin fironu kimi aparır, Mənzil İstismar Sahəsinin işçilərini də havayı yerə öz obyektlərində işlədir. Qeyd edək ki, daha əvvəl də bu haqda Bərdədə çoxlu məlumatlar, şikayətlər gəlib. Şikayətdə deyilirdi ki, "JEK"də rəis müavini olan İldırım Quliyev, Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov icra başçısının vəzir-vəkili kimi çıxış edirlər.



Onlar süpürgəçilərin, xidmətçilərin gününü qaraya döndəriblər. Bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Bildirilir ki, Bərdənin fəal adamları, sosial şəbəkədə qanunsuzluq faktlarını yayanları isə susdurmaq üçün müxtəlif variantlara əl atılır. Məsələn, bəzilərinin “JEK”-də, ya da “Komfoz”da işə düzəldirlər ki, dili qısa olsun.



Artıq bu vəziyyət ciddi problemə çevrilir. İşçilər narazılıq edirlər və icra başçısının bu hərəkətləri barədə ölçü götürülməsini gözləyirlər.

Anaxeber.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...