“Kontakt Home”dan narazılıqlar artır
Daha bir müştəri “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı məhsuldan narazı qalıb.
Tribunainfo.az xəbər verir ki, üzləşdiyi problemlə bağlı Mikayılov Mikayıl sosial şəbəkə hesabında yazıb. O bildirib ki, “Konkatk Home”un Xaçmaz filialından aldığı televizor cəmi 4 ay işləyib:
“2024 okyabr ayında “Kontakt Home” Xaçmaz filialından kredit ilə “Samsung” markalı televizor əldə etmişəm. 4 ay tamam olmamış məhsulda problem yaranıb, bu səbəbə görə “Kontakt Home” Qaynar xəttinə müraciət etmişəm. Məndən foto çəkiliş istədilər və vatsap vasitəsi ilə baxıb rəy verdilər ki, problem quraşdırılmadan qaynaqlanır və problemin həll edilməsindən imtina etdilər. Mən isə öz növbəmdə servis xidməti və texniki rəy tələb etdim. Uzun sürən müraciətlərdən sonra qeyri-peşekar bir servis əməkdaşı yaxınlaşıb tutarsız və sübutsuz səbəb bildirdi şifahi şəkildə. Texniki rəy tələb etdikdə isə vermədi. Bu gün isə “Kontakt Home”dan zəng edərək bildirdilər ki, məhsulun dəyərinin bir hissəsini qiymətləndirəcəklər, lakin qaytarıb yenisi ilə əvəz etməyəcəklər. Heç bir sübüt, texniki rəy, tutatlı səbəb olmadan mənim istehlakçı hüquqlarımı kobud şəkildə pozaraq mənə həm mənəvi, həm də maddi ziyan vururlar”.
Qeyd edək ki, “Kontakt Home”un sahibi keçmiş deputat Elnur Allahverdiyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
65 dəfə oxundu