Maskla Rubio arasında dava - Tramp söhbətə qarışdı

Maskla Rubio arasında dava -
ABŞ dövlət katibi Marko Rubio və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask mübahisə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd olunur ki, bu, Nazirlər Kabinetinin iclasında baş verib.

Mask Rubionu işçilərini ixtisar etməməkdə günahlandırıb, Rubio isə buna cavab olaraq milyarderin yalan danışdığını bildirib.

Mübahisə zamanı ABŞ Prezidenti Donald Tramp söhbətə qarışaraq Rubionu müdafiə edib.

Qəzet qeyd edir ki, Rubio bir neçə həftədir ki, Maskın yanaşmasından şəxsi olaraq narazılığını bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
238 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...