Cəlilabadda 63 yaşlı qadın 8 ildir ki, iməkləyir – VİDEO
Cəlilabadın Göytəpə şəhər sakini 63 yaşlı Hürü Zülfüqarova 8 ildir ki yeriyə bilmir.
Gundeminfo.az İTV-yə istinadla xəbər verir ki, buna səbəb yaşlı qadının onurğasında olan problemdir.
“Ağır xəstəlik keçirdim. Durub gəzəndə gördüm, sağ ayağım yaxşı işləmir. Sağ ayağımla yavaş-yavaş yeriyirdim. Həkim dedi ki, müalicələrə getməsən, çox ağırlaşar, gətirin, vaxtında müalicələrini alsın. Bakı şəhərində... “Respublikanski” Xəstəxanasında mənim bir həkimim tapıldı. Mən heç ayağa qalxa bilmirdim. Məni buradan oraya ölü kimi apardılar. Həkim dedi ki, daimi müalicələrini almalıdır. Ancaq imkan olmadı. Bir dəfə, iki dəfə getdim. Sonra gedə bilmədim”, - H. Zülfüqarova bildirir.
O, gənc yaşında anasını itirib. 4 qardaş, 3 bacı olan Z. Hürü ailənin ən böyüyü olduğu üçün qardaş- bacılarının qayğısına qalıb və bu səbəbdən ailə həyatı qurmayıb. Qardaş-bacıları ona sahib çıxmasalar da, o, qardaşı oğluna sığınıb. Hazırda onunla birlikdə yaşayır.
“Yeriyə bilmir. Məcbursan girəsən qoluna, ya da qucağına götürəsən, aparasan, həyətə ki, 5 dəqiqə günün qabağında otursun. Mən işdə olan uşaq kimi o daş pilləkənləri düşüb-çıxır. Uşaq kimi iməkləyir”, - qadının qardaşı oğlu Murad Zülfüqarov bildirib.
Ağrıları günbəgün artan Hürü Zülfüqarova qocalar evinə yerləşdirilmək üçün müraciət etsə də, imtina cavabı alıb. Səhhəti isə əlillik dərəcəsi almağa müraciət etməyə imkan vermir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Sosial Xidmətlər Agentliyindən bildirilib ki, yalnız yaşı 70-dən yuxarı olan və kimsəsiz şəxslər qocalar evinə yerləşdirilə bilər.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından isə deyilib ki, Hürü Zülfüqarovanın tibbi müayinələrinin nəticələri və digər zəruri sənədlər yaxın günlərdə Tibbi-Sosial Ekspert Komissiyasına təqdim olunacaq:
“Bu da onun gələcəkdə əlilliyə görə, pensiya almaq imkanı əldə etməsinə şərait yarada bilər”.
400 dəfə oxundu