“Azpetrol”da qaz dolduran avtomobil partladı - Video

“Azpetrol”da qaz dolduran avtomobil partladı -
Bu gün saat 12 radələrində paytaxtın Qaradağ rayonunda avtomobildə partlayış baş verib.

"Gundeminfo" "Unukal"-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən “Azpetrol”a məxsus yanacaqdoldurma məntəqəsində “Chevrolet Cobalt” markalı avtomobildə yanğın başlayıb.

Qazdoldurma prosesi zamanı başlayan yanğın nəticəsində taksi şirkətlərindən birinə məxsus olan avtomobil tamamilə yanıb.

FHN-dən bildirilib ki, hadisə nəticəsində 1 nəfər xəsarət alıb: “Bakı şəhərinin Qaradağ rayonunda “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...