“Pensiya yaşına 2 il qalmış vətəndaşlar işdən çıxarılmasın“- TƏKLİF

“Pensiya yaşına 2 il qalmış vətəndaşlar işdən çıxarılmasın“-
Pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

Vüqar Bayramov bildirib ki, məruzdə pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğu məsələsi qeyd olunur və bu vacib məqamdır:

"Bununla yanaşı, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür. Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinlik ilə üzləşirlər".

Deputat qeyd edib ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir:

"Belə praktika bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqların qorunması baxımdan vacibdir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...