Zamirə Hacıyevanın əlindən alınan 42,7 milyonluq mülklər satışa çıxarılır – FOTOLAR

Zamirə Hacıyevanın əlindən alınan 42,7 milyonluq mülklər satışa çıxarılır –
Zamirə Hacıyevanın müsadirə edilmiş mülkləri satışa çıxarılıb.

Bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 19,5 milyon funt-sterlinqə (42,7 milyon manat) satışa çıxarılan sözügedən mülklər Berkşirdəki qolf klubu və Naytsbrikdəki (London) evdən ibarətdir.
Nəşr yazır ki, Zamirə Hacıyeva Milli Cinayət Agentliyinin (NCA) dələduzluqla bağlı 6 illik təhqiqatından sonra bazar dəyəri təxminən 4,25 milyon funt-sterlinq olan Askot şəhərindəki “Mill Ride” Qolf Klubundan və bazar dəyəri təxminən 14,75 milyon funt-sterlinq (32,3 milyon manat) olan evdən imtina etməyə razılaşıb.
Zamirə Hacıyevanın əlindən alınan 42,7 milyonluq mülklər satışa çıxarılır –

Naytsbrik “Walton Street”də yerləşən müsadirə olunmuş ev

“Payızda aktivləri satmaq üçün London Ali Məhkəməsi tərəfindən qəyyum təyin edilib və satış üçün onlayn reklamlar fevralın sonundan etibarən yayımlanmağa başlayıb”, - BBC yazır.

NCA-nın sözçüsü bildirib ki, qolf klubu və ev satıldıqdan sonra gəlirin 70%-i hökumətdə qalacaq, 30%-i isə xanım Hacıyevaya qaytarılacaq.
Xatırladaq ki, NCA ötən il, sözügedən qolf meydançası və evin dələduzluq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulmasının birbaşa nəticəsi kimi əldə edildiyini bəyan edib. Agentlik hər iki mülkü almaq üçün istifadə olunan vəsaitin mənbəyi ilə bağlı “ağlabatan izah” tapmadığını bildirib.
Zamirə Hacıyevanın əlindən alınan 42,7 milyonluq mülklər satışa çıxarılır –

“Mill Ride” Qolf Klubu

Qeyd edək ki, Zamirə Hacıyevanın həyat yoldaşı, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev 2015-ci ilin martına qədər ABB-nin idarə Heyətinin sədri olub. Növbəti il o, mənimsəmə, vəzifədən sui-istifadə, dələduzluq və israfa görə Azərbaycan məhkəməsi tərəfindən məhkum edilib. 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində onu 16 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra bu cəza 3 ay azaldılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...