14 yaşlı oğlanı idman müəllimi döyüb? - 4 nəfər saxlanıldı

14 yaşlı oğlanı idman müəllimi döyüb? -
Şəmkir rayonunda idman müəllimi kimi fəaliyyət göstərən Orxan Məmmədovun 14 yaşlı tələbəsinə zorakılıq edərkən tutulduğu və döyülərək xəstəxanalıq olduğu iddia olunur.

“Gundeminfo” xəbər verir ki, bu barədə Oxu.az-a məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

“O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə məlumatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...