"Azergold"da 570 minlik şübhəli tender - İDDİA

"Azergold"da 570 minlik şübhəli tender -
"Daşkəsən Dəmir Filiz” MMC cari ilin fevral ayının 4-də "İaşə (Keyterinq) xidmətlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 257.240 manat olub.

"Azergold"da 570 minlik şübhəli tender -


Tenderdə "BLISSFUL" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1701747191) qalib elan edilib.

"BLISSFUL" MMC 2015-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Seymur Məmmədov ev 6, mənzil 5, qanuni təmsilçisi isə Əzizov Səbuhi Üzeyir oğludur.

"Azergold"da 570 minlik şübhəli tender -


Satınalma müqaviləsinə görə şirkət "Daşkəsən Dəmir Filiz” MMC-yə texniki tapşırığa uyğun olaraq 30.000 nəfərə nahar, 10.000 nəfərə isə şam yeməyi verəcək.

Eyni zamanda "BLISSFUL" MMC-nin "Daşkəsən Dəmir Filiz” MMC-yə satınalma müqaviləsi üzrə təqdim edəcəyi nahar və şam yeməklərinin adı, çəkisi, tərkibi və içəcəklər barədə e.tender.gov.az saytında açıq məlumat yoxdur.

"BLISSFUL" MMC-nin sifarişçi təşkilata - "Daşkəsən Dəmir Filiz” MMC-yə "yad" təşkilat deyil.

Belə ki, "Daşkəsən Dəmir Filiz” MMC 2023-cü ilin noyabr ayında yekun vurduğu daha bir satınalmada "BLISSFUL" MMC-ni qalib elan edib. Oxşar lot üzrə keçirilən bu tenderin smetası 317.626 manat təşkil edib.

"Azergold"da 570 minlik şübhəli tender -


"BLISSFUL" MMC-nin eyni lot üzrə bir il sonra "Daşkəsən Dəmir Filiz” MMC-nin keçirdiyi satınalmada təkrar olaraq qalib elan edilməsinə, satınalmada hansı şirkətlərin iştirak etməsinə "Daşkəsən Dəmir Filiz” MMC-dən mövqe öyrənə bildirmədik.

"Azergold"da 570 minlik şübhəli tender -


"Daşkəsən Dəmir Filiz” MMC-nin tabe olduğu "Azergold" QSC törəmə şirkətinin keçirdiyi satınalma barədə açıqlama verdi:

"Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri və mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq "AzerGold” QSC və onun törəmə cəmiyyətləri fəaliyyətini aşkarlıq, şəffaflıq, hesabatlılıq, informasiya əlçatanlığı kimi prinsiplər əsasında təşkil edir. Həmçinin "İnformasiya əldə etmək haqqında” Qanunun tələbləri nəzərə alınmaqla mətbuat, qeyri-hökumət təşkilatları, eləcə də vətəndaşlar tərəfindən ünvanlanan hər bir sorğu tərəfimizdən ciddi araşdırılaraq cavablandırılır.

"AzerGold” QSC-nin törəmə cəmiyyəti olan "Daşkəsən Dəmir Filiz” MMC satınalma müsabiqələrini "Dövlət satınalmaları haqqında” Qanunun (№988-VIQ, 14 iyul 2023-cü il) tələbləri əsasında həyata keçirir. Bu Qanunun 44.2-ci maddəsinə uyğun olaraq İaşə (Keyterinq) xidmətlərinin satın alınması üçün 03.12.2024-cü il tarixində açıq tender elan edilib. Təkliflərin son təqdimolunma tarixi 26.12.2024-cü il müəyyən edilib. Bazar sorğusu əsasında müəyyənləşdirilən ehtimal qiyməti vergilər daxil 284,380.00 AZN təşkil edib. Dövlət satınalmalarının vahid internet portalı - "etender.gov.az” üzərindən müsabiqədə 3 şirkət iştirak edib.

Satınalma müqaviləsi üzrə təqdim edilməsi nəzərdə tutulan nahar və şam yeməklərinin adı, çəkisi, tərkibi və içəcəklər barədə məlumatlar Dövlət satınalmalarının vahid internet portalında keçirilmiş satınalma sorğusunun Şərtlər Toplusunda texniki tapşırıq olaraq öz əksini tapıb. Texniki tapşırıqda yeməklərin çeşidləri və çəkiləri haqqında məlumatlar qeyd edilib. Həmçinin qiymət təklifi sözügedən texniki tapşırıq əsasında formalaşdırılıb. Satınalma sorğusunda ən aşağı qiymət təklifi "BLISSFUL" Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (MMC) tərəfindən təqdim edilib. Satınalmanın nəticəsi barədə yekun protokol 03 Fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılıb yoxlanıldıqdan sonra təsdiq edilib. Qeyd edək ki, hər bir təchizatçı şirkətin eyni qurumun sifarişçisi olduğu bir və daha artıq satınalma müsabiqəsində iştirak etmək hüququ "Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında tənzimlənir. Belə ki, "Dövlət satınalmaları haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz. Əks halda təchizatçı şirkətin Dövlət satınalmalarının vahid internet portalı üzərindən tenderdə iştirakı mümkünsüz
olardı. "BLISSFUL" MMC-nin açıq internet resurslarında sözügedən şirkətin fəaliyyəti, göstərdiyi xidmətlər haqqında ətraflı məlumatlar təqdim olunur. Şirkətin "Facebook” və "Instagram” sosial şəbəkə hesabı mövcuddur. Həmin hesablarda şirkətin fəaliyyəti, əlaqə nömrəsi, faktiki ünvanı, təklif etdiyi xidmətlər barədə məlumatlar qeyd olunub".

"Azergold"da 570 minlik şübhəli tender -


Qlobal.az "Daşkəsən Dəmir Filiz” MMC-nin 20232024-cü illərdəki fəaliyyəti barədə Hesablama Palatasından da mövqe öyrənib.

Hesablama Palatasının cavabında deyilir:

"Hesablama Palatası tərəfindən 2023-2024-cü illərdə "Daşkəsən Dəmir Filiz” MMC-də audit həyata keçirilməmişdir".

Qeyd edək ki, "Daşkəsən Dəmir Filiz” MMC "Azergold" Qapalı Səhmdar Cəmiyyətinin törəmə təşkilatıdır. "Daşkəsən Dəmir Filiz” MMC ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafı ilə məşğuldur. Şirkət 2020-ci ilin dekabr ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 214.355.224 manatdır.

"Azergold"da 570 minlik şübhəli tender -


"Daşkəsən Dəmir Filiz” MMC-nin qanuni təmsilçisi Əliyev Ceyhun Mehdi oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
159 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...