Əlilliyi olan şəxsin müavinəti 5 ildir kəsilib: Müraciətləri isə cavabsız qalıb

Əlilliyi olan şəxsin müavinəti 5 ildir kəsilib:
Əlillik müavinəti kəsilib, müraciətləri də cavabsız qalıb.

Gundeminfo.az Xəzər TV-yə istinadən məlumat verir ki, Ucarın Pirkənd kənd sakini 61 yaşlı Mahir Həşimovun sözlərinə görə, 30 ildən çoxdur epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar aidiyyəti üzrə 2014-cü ildə müraciət edib. Müraciəti əsasında Mahir Həşimova II qrup əlillik təyin edilib. 5 il əvvəl isə müavinətin verilməsi dayandırılıb.

Mahir Həşimovun sözlərinə görə, 5 il əvvəl yenidən müraciət edib. Ona yeni bank kartı verilsə də, heç bir vəsait köçürülməyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...