Evdə Fərdi Təhsil məktəbində korrupsiya - Direktor maliyyə yoxlamasından təşvişə düşüb...

Evdə Fərdi Təhsil məktəbində korrupsiya -
Vladim İbrahimov vakant yerləri gizlətməklə, əvəzçi müəllimləri işə cəlb edib...

Abşeron-Xızı Regional Təhsil idarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbində Maliyyə Nazirliyi audit yoxlaması aparıb.

AzFakt.com-a daxil olan məlumata görə aparılan auidit yoxlaması Evdə Fərdi Təhsil məktəbinin direktoru Vladim İbrahimovu çətin vəziyyətə salıb.

Bildirək ki, Evdə Fərdi Təhsil məktəbinin öz binası olmasına baxmayaraq, məktəb başqa bir inziati binada fəaliyyət göstərir. Məktəbdə vakant yerlər rəhbərlik tərəfindən gizlədilərək, əvəzetmə müəllimlərə üstünlük verilir. Əvəzetməyə cəlb edilən müəllimlərə dərs saatı 100-150 manata satılır. Evdə Fərdi Təhsil məktəbi başqa məktəbin binasında yerləşməsinə baxmayaraq iki xadimə, bir gözətçi ştatı mövcuddur.

AzFakt.com-un əldə etdiyi məlumata görə Evdə Fərdi Təhsil məktəbində aparılan audit yoxlamaya rəhərlik edən Arzu adlı şəxs direktor Vladim İbrahimovu qorumağa çalışır. Belə ki, 27 fevral tarixində Sumqayıt-Abşeron-Xızı maliyyə idarəsinin rəisi Orxan Şirəliyevlə maliyyə autinin rəhbəri Arzu adlı şəxs Evdə Fərdi Təhsil məktəbinə gələrək yoxlama aparıblar. Yoxlamada məktəb jurnallarının böyük əksəriyyətinin yazılmaması müəyyən edilməsinə baxmayaraq, həmin jurnallar Vladim İbrahimovun sərancamına verərək gediblər. Vladim İbrahimov müavinlərinə göstəriş verib ki, məktəbin əsas müəllimləri saat birə qədər məktəbə gəlməsin. (direktor müavinin bu haqqda səs yazısı mövcuddur)

Bundan başqa direktor Vladim İbrahimov və müavini Diləfruz Mahmmudova özlərinə yaxın olan əvəzedici müəllimləri məktəbə çağıraraq onlara jurnallarını yazdırırlar. Çünki yoxlama jurnal yazmayan müəllimləri əmək haqqısını kəsib büdcəyə yönləndirəcək. Direktor Vladim müəllimə çatası pullar batmasın, deyə öz adamlarının jurnallarını tələsik şəkildə yazdırırlar. Bildirilir ki, əvəzedici müəllimlərə əlavə 4-5 saat dərs yazılıb və dərs saatının pulu direktor Vladim İbrahimova çatır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...