8 milyon dollar, 7 il gözlənti və hələ də naməlum sonluq...

8 milyon dollar, 7 il gözlənti və hələ də naməlum sonluq...
Qusar şəhərinin yeganə futbol stadionu olan Şövkət Orduxanov adına arena 2017-ci ildən bəri təmirə dayandırılıb.
Lakin illər keçməsinə baxmayaraq, stadionun tikintisində heç bir irəliləyiş yoxdur.
Qusarın “Şahdağ” komandası stadionun olmaması səbəbindən ev oyunlarını Şamaxıda keçirmək məcburiyyətindədir. Digər yerli klub “Qusar FK” isə oyunlarını Sumqayıtda oynayır.
Fəaliyyətini dayandıran, indiki "Şahdağ Qusar" ilə heç bir əlaqəsi olmayan "Şahdağ"ın təsisçisi İlham Murtuzayev mövzuyla bağlı "Futbol+" qəzetinə danışıb:
"FİFA 8 milyon dollar ayırmışdı. Stadionu tam sökdülər, yarımçıq tikdilər. 8 milyonun hara getdiyi bilinmədi, hansı layihə üzərində tikildiyi bilinmədi. AFFA yaranmamışdan öncə "Şahdağ"ın 60 illik tarixi var idi. Elxan Məmmədovun dövründə Ədliyyə Nazirliyinə məktub yazmışdım. Məktublarımı cavabsız qoymuşdular. Bütün bu bəlaların səbəbkarı Etibar Pirverdiyevdir".
Qeyd edək ki, stadionun tikintisi "Azenco" şirkətinə həvalə olunub. Şirkətin sahibi isə "Şahdağ"ın və "Azərenerji"nin keçmiş prezidenti Etibar Pirverdiyevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...