“Mən ona niyə pul verməliyəm?”

“Mən ona niyə pul verməliyəm?”
Xəbər verdiyimiz kimi, həbsdə olan iş adamı Emil Səməndərov “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovu (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi ittihamçı Şərurlu İsfəndiyarın ona dələduz dediyi üçün ən ağır formada cəzalandırılmasını istəyir.

Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında isə E.Səməndərov qarşı tərəfdən təzminat kimi 5 milyon manat tələb edib. Bu bəlkə də xüsusi ittiham qaydasında verilən şikayətlərdə bu günə qədər tələb olunan ən çox məbləğlərdəndir.

“Qafqazinfo” Şərurlu İsfəndiyarın təzminat tələbinə münasibətini öyrənib. İş adamı saytımıza bildirib ki, qarşı tərəf onu qıcıqlandırmaq üçün bu yola əl atıb: “Emilin özünün heç xəbəri yoxdur. Onu müdafiə edənlər məni qıcıqlandırmaq üçün bu tələbi qaldırıb. Deyiblər İsfəndiyarı belə edəcəyəm, elə edəcəyəm, o da inanıb. Deyir o, hər yandan əli üzülən hər şeyə əl atır.

Görünür ki, kimlər üçünsə maraqlıdır. Mən ona niyə pul verməliyəm e? Hələ camaatı aldadıblar, mən ödəyirəm. Şikayətinin də heç bir əsası yoxdur. Boş-boş şeylərdir. İş adamıyam, min nəfər işçim var. Yalandan vaxtımızı alırlar. Nə Allahdan, nə başqa nədənsə qorxurlar. İnsandırlar da, hərəsi bir yolla pul qazanır”.

Qeyd edək ki, məhkəmə Şərurlu İsfəndiyarın xüsusi ittihamçıya münasibətdə dediklərinin təhqir və böhtan olduğuna dair rəy verilməsi üçün ekspertiza təyin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...