Məscidə İmam Mehdini tanıtmaq üçün hədiyyə payladılar və
Naxçıvanda bir qrup şəxs məscidlərdə İmam Mehdini tanıtmaq məqsədilə uşaqlara hədiyyələr payladıqları üçün saxlanılıb.
Gundeminfo.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, saxlanılanlar arasında 1995-ci il təvəllüdlü Abbas, 1984-cü il təvəllüdlü Xaliq, 1996-cı il təvəllüdlü və Babək Rayon Mədəniyyət İdarəsində təsərrüfat müdiri vəzifəsində çalışan Elsevər, həmçinin Oruc adlı şəxs var.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsi qaydalarının pozulması) əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə müəyyən edilib ki, adıçəkilən şəxslər tədbirləri Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən Təzə (axund Hacı İntiqam), Hacı Mehdi (axund Hacı Malik) və Xəndək (Hacı Cəlil) məscidlərində təşkil ediblər.
Saxlanılan şəxslərdən bəziləri məscidlərdə dini vəzifələr icra ediblər, digərləri isə müxtəlif sahələrdə çalışıblar. Onlar sakinlərdən 10-15 manat toplayaraq İmam Mehdinin mövlud gününü qeyd ediblər.
Uşaqların da iştirak etdiyi bu tədbirlərdə dini çıxışlar edilib, onlara şirniyyat, meyvə suyu, oyuncaq və üzərində ata və anaya hörmət mövzusunda hədislər yazılmış, arxa tərəfində Azərbaycan bayrağı olan təxminən 100 kağız paylanılıb. Hədiyyələrin "Bahar Kargo” tərəfindən hazırlandığı məlum olub.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimələnib.
80 dəfə oxundu