Rusiya-ABŞ danışıqları Moskvada keçiriləcək

  Rusiya-ABŞ danışıqları Moskvada keçiriləcək
Rusiya və ABŞ tezliklə Moskvada danışıqlar aparacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev bildirib.
“Mən təsdiq edə bilərəm ki, nümayəndə heyətləri arasında növbəti danışıqlar çox yaxın vaxtlarda Moskvada baş tutacaq”, - Darçiyev bildirib.
O qeyd edib ki, Rusiya və ABŞ nümayəndə heyətləri aprelin 10-da İstanbulda keçirilən danışıqların sonuncu raundu zamanı məsləhətləşmələrin öz ölkələrinin paytaxtlarına köçürülməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, Rusiya və ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk danışıqlarını fevralın 18-də Ər-Riyadda keçirib. Tərəflər Rusiya-Amerika münasibətlərini, Rusiya Federasiyası və ABŞ prezidentlərinin görüşünə hazırlıq və Ukraynada müharibəyə son qoyulmasını müzakirə ediblər. Tərəflər İstanbulda danışıqların iki raundu - fevralın 27-də və aprelin 10-da keçiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
84 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...