İmamoğlu hakim qarşısında: “Mənə baxaraq danışmayın”

İmamoğlu hakim qarşısında:
Təxminən 4 aydır Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu, İstanbul Respublika Baş Prokuroru Akın Gürləki “təhdid edib hədəf göstərdiyi” ittihamı ilə mühakimə olunduğu məhkəmədə bu gün hakim qarşısına çıxıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu iş üzrə 3-cü dəfə hakim qarşısına çıxan İmamoğlu barəsində 7 il 4 aya qədər azadlıqdan məhrumetmə və siyasi fəaliyyətin qadağan olunması istənilir.
İmamoğlu məhkəmədə çıxışı zamanı bir çox məsələ barədə danışıb.
Bu zaman dövlət ittihamçısı “Mənə baxaraq danışmayın” deyə İmamoğluya öz reaksiyasını göstərib.
Prokurorun bu sözünə etiraz edən İmamoğlu isə belə cavab verib:
“Prokuror mənə qarşı qərəzli ola bilərmi? Sizə baxmaq qadağandırmı, cənab prokuror? Cənab hakim, mənim prokurora baxmağım qadağandırmı? Qadağandırsa, baxmayacağam. Baxmağa da həvəsli deyiləm”.
Bu vaxt məhkəmə prosesini izləyənlər alqış və fit səsləri ilə İmamoğluya dəstək veriblər. Məhkəmə sədri bir daha belə hadisə baş verərsə, zalı boşaldacağını bildirib.
Qeyd edək ki, 1 ay əvvəl keçirilən iclasda prokuror ittiham aktını elan etmiş və İmamoğlunun “ictimai vəzifəli şəxsə fəaliyyətindən ötrü açıq şəkildə təhqir”, “təhdid2 və “terrora qarşı mübarizədə iştirak edən şəxsləri hədəf göstərmək” ittihamları ilə 2 il 8 aydan 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Əgər müdafiələr tamamlanarsa və əlavə müddətlə bağlı vəsatət qaldırılmazsa, məhkəmə bu gün qərarını elan edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...