Tramp-Putin gərginliyi pik həddə: Rusiyaya zərbələr güclənəcək

Tramp-Putin gərginliyi pik həddə:
Sülh üçün 6 aylıq mübarizədən sonra ABŞ Prezidenti Donald Tramp belə qənaətə gəlib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil.

Bakupost.az xəbər verir ki, bu barədə The Wall Street Journal-ın məqaləsində qeyd olunub.

Nəşrin məlumatına görə, bu yeni reallıq uzun zamandır gözlənilirdi və atəşkəsə nail olunması şansını artırır. Yazıda bildirilib ki, Tramp ilə söhbətində NATO baş katibi Mark Rutte Ukraynaya silah tədarükünün sürətləndirilməsinin həlledici əhəmiyyət daşıdığını etiraf edib. O əlavə edib ki, Putinin yeganə məqsədi dinc əhalini öldürmək və ukraynalıların döyüş ruhunu qırmaqdır.

Bu məsələ ABŞ və Rusiya arasında münasibətlərin daha da gərginləşməsi ehtimalını gündəmə gətirir. Bu gərginlik özünü nədə göstərəcək?

Mövzuya münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a ABŞ-Rusiya münasibətlərinin hazırkı durumunu şərh edib. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında gərginliyin artması istisna edilmir:

“Trampın Ukrayna ilə əlaqədər təşəbbüsü qan tökməyi dayandırıb problemi danışıqlar yolu ilə həll etməklə bağlı idi. Amma Rusiya buna getmədi, şərtlər irəli sürdü. Bildirdi ki, bu şərtlər yerinə yetirilsə, atəşkəs ola bilər. Bu da sülh təşəbbüsünə tamamilə mane olan bir məsələ idi. Ona görə də ən azı sanksiyalar vasitəsilə Rusiyaya qarşı təzyiqlər davam edəcək. Hər halda belə görünür ki, Ukraynaya silahların verilməsi də davam edəcək. Bu həm də bir növ siyasi təzyiqdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...