Məhkəmə sədrinə böhtan atan şəxs həbs edildi
Azərbaycanda məhkəmə sədrinə böhtan atan şəxs həbs edilib.
Gundem.info.azOxu.az-a istinadla xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş verib.
Kəngərli rayon sakini, 1980-ci il təvəllüdlü Kərim Seyidzadə ailəsindən boşanıb. Bundan sonra keçmiş həyat yoldaşı onun iki övladına aliment verməsi üçün Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırıb. İddia təmin edilib və K.Seyidzadəyə 500 manat aliment kəsilib.
Məhkəmə hökmü ilə razılaşmayan K.Seyidzadə apellyasiya şikayəti versə də, şikayət təmin edilməyib.
Bundan sonra K.Seyidzadə məhkəmə hakimləri barədə həqiqətəuyğun olmayan məlumatlar yaymağa başlayıb. O, bir neçə məhkəmə hakimi ilə yanaşı, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva barədə də böhtan xarakterli məlumatlar yayıb. O, həmin məlumatları sosial şəbəkə hesablarında paylaşıb.
G.Səfərəliyeva K.Seyidzadə barədə xüsusi ittiham qaydasında Kəngərli Rayon Məhkəməsinə müraciət edib.
Məhkəmə araşdırma aparıb və K.Seyidzadə barəsində ittihamedici hökm çıxarıb. Məhkəmənin hökmü ilə K.Seyidzadə 3 ay 1 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
43 dəfə oxundu