Şabranın icra başçısından şikayət - borcunu qaytarmır + VİDEO

Şabranın icra başçısından şikayət -Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov Şabran Rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətçidir.

"GUNDEMİNFO" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Şabran Rayon İcra Hakimiyyətindən BBC-yə vətəndaşın şikayəti ilə bağlı müraciətin daxil olduğunu və baxılması üçün başçının müavinlərinə yönləndirildiyini bildiriblər.

"GUNDEMİNFO" olaraq qeyd edək ki, Şabranın icra başçısı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sosial İnkişaf İdarəsinin rəis müavini postunu tutan Asif Hüseynovun oğludur. Həm icra başçısı, həm də atasına məxsus olan MMC-lər uzun illərdir ki, SOCAR üçün ərzaq tenderlırinin qalibi olurlar. Məhz buna görə də özlərinə məxsus təsərrüfatlarla yanaşı, eyni zamanda ayrı-ayrı fermerlərdən də buğda və sair ərzaqlıq kənd təsərrüfatı məhsulları alırlar. Vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...