Mərkəzi Bank: İnflyasiya hədəf diapazonu daxilində olacaq

"APA-Economics" xəbər verir ki, bu barədə AMB-nin uçot dərəcəsi ilə bağlı qərarında bildirilib. Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır.
"Ötən iclasdan sonra inflyasiyanın risklər balansında nəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaları davam etdirir. Əsas xarici risk mənbəyi olan idxal qiymətlərinin daxili inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili risk faktorları ilə bağlı qeyd olunmalıdır ki, yenilənmiş proqnozlar növbəti dövrdə inflyasiyanın, əsasən, təklif – xərc amilləri hesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır" - AMB əlavə edib.
18 dəfə oxundu