İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...

İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...Ramiz Mehdiyevin vətənə xəyanət və hakimiyyəti devirməyə cəhd ittihamları ilə həbs olunması bir çox məmurlara, o cümlədən icra başçılarına qarşı olan etimadı sarsıdıb.

"Gundeminfo" xəbər verir ki, AzFakt.com-un əldə etdiyi məlumata görə, belə icra başçılarından biri də Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur. Qeyd edək ki, İlqar Abbasov Ramiz Mehdiyev tərəfindən vəzifə ilə mükafatlandırılan məmurlardan biri kimi tanınır. Suraxanının keçmiş, Şirvanın isə hazırkı icra başçısısının Ramiz Mehdiyevə yaxınlığı çoxlarına məlumdur və bu uzun illər davam edən bir yaxınlıqdır.

Şirvandan əldə etdiyimiz məlumatda isə bildirilir ki, icra hakimiyyətində süstlük hökm sürür və icra hakimiyyətinin sıravi əməkdaşları yaxın zamanda yeni başçı təyinatı gözləntisi içindədirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...