“Referans” klinikasında yenə qanunsuzluq

“Referans” klinikasında yenə qanunsuzluq Səhiyyə Nazirliyi “Referans” klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada sertifikatsız “rentgenoloji” iş üzrə özəl praktik tibb fəaliyyəti aşkar edilib.

Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərib.

Məhkəmənin qərarına əsasən, “Referans” klinikası 6 000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...